satellite   Azerspace-1: 11135 H 30000

Lionda 2000-dən çox uşaq küçədə yatır

Lionda 2000-dən çox uşaq küçədə yatır

Fransada dərs ilinin başlamasına bir neçə gün qalmış UNICEF və Həmrəylik Aktorları Federasiyası “küçədəki uşaqlar” adlı hesabat dərc edib.

Naxçıvan televiziyası xəbər verir ki, hesabatda Fransanın Lion şəhərində 2000-dən çox uşağın küçələrdə yatdığı göstərilir. Qeyd olunur ki, uşaqların ən çox küçədə qaldıqları bölgə Overn-Ron-Alpdır.

Lion şəhər rəhbərliyi hamilə qadınlara və üç yaşından kiçik uşaqları olan tənha analara sığınacaq vermək üçün ailələri qəbul etməyə başlasa da, iyulun ortalarından dəstəyi dayandırıb.

Şəhərin rəhbərliyi hökumətlə müzakirələrdə bütün vasitələri sınadıqlarını, ancaq heç bir nəticə əldə edə bilmədiklərini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM