satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Türkiyə fərqli regionlardakı toqquşmalara son qoymaq üçün bütün imkanlarını səfərbər edir

Ərdoğan: Türkiyə fərqli regionlardakı toqquşmalara son qoymaq üçün bütün imkanlarını səfərbər edir

Türkiyə dünyanın fərqli regionlardakı toqquşmalara, zülmə son qoymaq üçün bütün imkanlarını səfərbər edir.

Naxçıvan televiziyası “Haber Gobal”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust - Zəfər Günü münasibətilə təbrik mesajında deyib.

O bildirib ki, Türkiyə bu gün dünənə nisbətən daha güclüdür: “Sabah daha da güclü olacağıq. Hər kəsin ədalətli təmsil olunduğu beynəlxalq sistemi mütləq təsis edəcəyik”.

Prezidentin sözlərinə görə, Türkiyə milləti özünün böyük zəfəri ilə göstərdi ki, əsarəti qəbul etmir: “Türkiyə xalqı iradəsinə zəncir vurdurmaz, öz yurdunda müstəqil olaraq yaşamaq idealından imtina etməz. Biz böyük zəfərlə bunu bir daha göstərdik. Böyük və güclü Türkiyə idealımızı addım-addım reallaşdırırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM