satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada “Şanşan” qasırğası 4 nəfərin həyatına son qoyub

Yaponiyada “Şanşan” qasırğası 4 nəfərin həyatına son qoyub

Yaponiyanı vuran “Şanşan” qasırğası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, daha 96 nəfər xəsarət alıb.

Naxçıvan televiziyası yapon mediasına istinadla xəbər verir ki, ölkənin mərkəzində yerləşən Ayti prefekturasında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb. Şikoku adasındakı Tokuşima prefekturasının bir sakini isə evin damının çökməsi nəticəsində həyatını itirib.

Bu gün Kyuşu adasında 100 mindən çox ev işıqsız qalıb.

Avqustun 30-na keçən gecə “Şanşan” qasırğası Kyuşu adasını vurub. Təbii fəlakət bölgəsində küləyin sürəti saatda 108 kilometrə çatıb. Son üç gündə Miyazaki prefekturasına təxminən 90 santimetr yağıntı düşüb ki, bu da avqust ayı üzrə orta yağıntıdan 1,5 dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM