satellite   Azerspace-1: 11135 H 30000

KİV: Almaniya 2021-ci ildən bəri ilk dəfə əfqan miqrantları deportasiya edib

KİV: Almaniya 2021-ci ildən bəri ilk dəfə əfqan miqrantları deportasiya edib

Almaniya hökuməti Taliban hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq əfqan miqrantları öz ölkəsinə deportasiya edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə TASS "Spiegel" nəşrinə istinadən məlumat yayıb.

Deportasiya planı iki ay ərzində hazırlanıb. “Spiegel” yazır ki, Almaniya hökuməti rəsmi Kabillə birbaşa deyil, Qətər vasitəsilə danışıqlar aparıb.

Annalena Berbokun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi son ana qədər deportasiyaya qarşı çıxıb. Hüquq müdafiə təşkilatları da bu mövqedən çıxış edirlər.

Almaniya 2021-ci ilin yayında Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstana deportasiyanı dayandırıb. Bu ölkəyə ilk birbaşa deportasiya simvolik xarakter daşıyır. Reys Solingendəki terror aktından sonra və miqrasiya gündəminin mühüm rol oynadığı Saksoniya və Türingiya bölgələrində regional seçkilərə iki gün qalmış həyata keçirilir.

Almaniya təhlükəsizlik orqanları qeyd edib ki, gələcəkdə belə uçuşların müntəzəm həyata keçiriləcəyinə şübhələr var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM