satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb

Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb

Qazaxıstanın şərqində dörd nəfər şaxtada naməlum maddədən zəhərlənərək ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Şərqi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Avqustun 31-də saat 17:30-da “Vostoktsvetmet” MMC-nin şaxtasında ilkin məlumata görə, 4 nəfər naməlum maddədən zəhərlənərək ölüb. Daha bir nəfər Şərqi Qazaxıstan vilayətinin Qlubokovski rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər”, - məlumatda vurğulanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM