satellite   Azerspace-1: 11135 H 30000

Bayden Qəzza ilə bağlı danışıqlarda iştirak edənlərin razılığa gəldiyini açıqlayıb

Bayden Qəzza ilə bağlı danışıqlarda iştirak edənlərin razılığa gəldiyini açıqlayıb

Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və Fələstinin radikal “HƏMAS” hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı beynəlxalq məsləhətləşmələrin iştirakçıları mümkün sazişlə bağlı prinsipial razılıq əldə ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ prezidenti Cozef Bayden bildirib.

“Düşünürük ki, biz sövdələşmə bağlaya bilərik, onların (tərəflər - Qeyd) hamısı sazişin prinsipləri ilə razılaşdıqlarını bildiriblər”, - deyə o qeyd edib.

Bayden konsultasiya iştirakçılarının görüşü davam edərkən nikbin olduğunu da əlavə edib: “Bu müharibəni bitirməyin vaxtıdır. Düşünürəm ki, biz razılaşma ərəfəsindəyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM