satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə terrorçuların silah-sursat deposu məhv edilib

Türkiyədə terrorçuların silah-sursat deposu məhv edilib

Türkiyənin Şırnak bölgəsində Cudi dağı ətəyində jandarm qüvvələri tərəfindən həyata keçirilən “Gürz-12” antiterror əməliyyatı nəticəsində terror qruplaşmasının silah-sursat deposu kimi istifadə etdiyi mağara məhv edilib.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədə paylaşıb.

Məlumata görə, əməliyyat nəticəsində 753 qumbaraatan, min qumbaraatan qoruyucu, iki min elektrik qoruyucusu, 11 “AK-47”markalı avtomat, 5 “Dragunov” snayperi, 3 “RPG-7” reaktiv yaylım atəşi, 2 “PKM” pulemyotu, 60 mm-lik minaatan, 2 kiloqramdan artıq partlayıcı materialları ələ keçirilib, mağara isə məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM