satellite   Azerspace-1: 11135 H 30000

Niderland Ukraynaya yeni yardım paketi ayırıb

Niderland Ukraynaya yeni yardım paketi ayırıb

Niderland Ukraynaya 200 milyon avro məbləğində yeni yardım paketi ayırıb.

Naxçıvan televiziyası-ın xəbərinə görə, bu barədə Niderlandın Baş naziri Dik Şuf Zaporojye şəhərinə səfəri zamanı “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik. Özü də təkcə cəbhədə yox, həm də gündəlik həyatda. Buna görə də Niderland 200 milyon avrodan artıq məbləğdə yeni yardım paketi təqdim edir”, - o qeyd edib.

Baş nazirin sözlərinə görə, vəsait ilk növbədə, enerji infrastrukturunun qorunması və təmirinə, eləcə də humanitar yardımın göstərilməsinə yönəldiləcək.

Bu, Dik Şufun Niderlandın baş naziri postunda Ukraynaya ilk səfəridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM