satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: Borrellin “reseptlərindən” sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var

Zaxarova: Borrellin “reseptlərindən” sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellin “reseptlərindən” sonra Aİ ölkələri ilə Rusiya arasında qaçılmaz hərbi toqquşma riski var.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, bu toqquşmanın nəticələri fəlakətli olacaq. Zaxarova onu da xatırladıb ki, Borrell dəfələrlə Ukrayna münaqişəsinə son qoyulmasının Avropa İttifaqının maraqlarına uyğun olmadığını açıqlayıb, baxmayaraq ki, əgər istəsə, Aİ Ukraynaya silah verməməklə döyüşləri “iki həftə ərzində” dayandıra bilər.

“Əvəzində Avropa İttifaqı Kiyevə silah tədarükünü sürətləndirmək və artırmaq zərurəti ilə bağlı bəyanatlar verir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM