satellite   Azerspace-1: 11135 H 30000

BQXK: İsrailin əməliyyatı başladıqdan sonra təxminən 1,2 milyon livanlı qaçqın olub

BQXK: İsrailin əməliyyatı başladıqdan sonra təxminən 1,2 milyon livanlı qaçqın olub

Hazırda 1,2 milyondan çox insan ölkənin cənub bölgələrində İsrail əməliyyatları və Livan paytaxtı Beyruta hava zərbələri nəticəsində Livan ərazisində qaçqın və ya məcburi köçkün vəziyyətindədir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu rəqəmləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi açıqlayıb.

“Hazırda 1,2 milyondan çox livanlı qaçqın və ya məcburi köçkün hesab olunur və bu rəqəmin artması ehtimalı böyükdür”, – BQXK nümayəndəsi bildirib. Onun sözləri “Əl-Qahirə əl-İxbariya” telekanalı tərəfindən verilib.

O əlavə edib ki, “evlərini məcburi tərk etmiş insanların humanitar ehtiyacları çox böyükdür və vəziyyətin öhdəsindən gəlmək üçün bütün maraqlı tərəflərin əməkdaşlığına ehtiyacımız var”.

Daha əvvəl Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat vermişdi ki, bu gün Livanda 690 mindən çox məcburi köçkün və təxminən 400 min qaçqın var ki, onların əksəriyyəti qonşu Suriyaya köçüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM