satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu: “Hizbullah”ın dron hücumu nəticəsində 4 əsgər ölüb

İsrail ordusu: “Hizbullah”ın dron hücumu nəticəsində 4 əsgər ölüb

Oktyabrın 13-də “Hizbullah”ın pilotsuz uçuş aparatının (PUA) İsrailin şimalındakı Binyamina yaşayış məntəqəsi yaxınlığındakı hərbi bazaya zərbəsi nəticəsində dörd İsrail hərbçisi öldürülüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bazar günü (13 oktyabr – red.) “Hizbullah” terror təşkilatı tərəfindən buraxılmış pilotsuz uçuş aparatı Binyaminaya bitişik hərbi bazaya zərbə endirib. Hadisə nəticəsində dörd əsgər həlak olub, daha yeddi nəfər ciddi yaralanıb”, – bəyanatda deyilir.

“Hadisə araşdırılır”, – hərbçilər əlavə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM