satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan millisi baş məşqçini istefaya göndərib

Ermənistan millisi baş məşqçini istefaya göndərib

Futbol üzrə Ermənistan millisi baş məşqçisi Aleksandr Petrakov ilə yollarını ayırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Aleksandr Petrakov artıq yığmanın baş məşqçisi deyil. Mütəxəssis işdən çıxarılıb", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, komanda ötən gün evdə UEFA Millətlər Liqası matçında Şimali Makedoniyaya uduzub - 0:2. Petrakov 2023-cü ilin yanvarından millidə işləyir. Ermənistan yığması C Liqasının 4-cü qrupunda 4 xalla ikinci pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM