satellite   Azerspace-1: 11135 H 30000

Trampdan ermənipərəst konqresmenə ittiham: Adam Şiff ölkənin daxili düşmənidir

Trampdan ermənipərəst konqresmenə ittiham: Adam Şiff ölkənin daxili düşmənidir

Demokrat Adam Şiff ABŞ üçün daxili təhlükədir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-ın iki düşməni var: xarici və daxili.

D.Tramp "düşmən"lərdən biri kimi ABŞ-nin ermənipərəst konqresmeni Adam Şiffin adını çəkib: "Mənim fikrimcə, daxili düşmən Çin, Rusiya və digər ölkələrdən daha təhlükəlidir. Əgər savadlı prezidentiniz varsa, o, xarici təhdidlərlə asanlıqla mübarizə apara bilər. Mən mübarizə apardım, hər kəs ilə yola getdim. Amma ən çətini Adam Şiff kimilərlə mübarizə aparmaqdır".

Bundan əlavə, D.Tramp noyabrda ölkədə keçiriləcək prezident seçkilərinə mane ola biləcək şəxslərə qarşı güc tətbiqi ehtimalını istisna etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM