satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan 2026-cı ildə “Gələcəyin Oyunları”na ev sahibliyi edəcək

Qazaxıstan 2026-cı ildə “Gələcəyin Oyunları”na ev sahibliyi edəcək

Qazaxıstan rəsmi olaraq ənənəvi idman və e-idman növlərini birləşdirən unikal turnir – “Phygital Games of the Future 2026” (“Gələcəyin Oyunları-2026”) yarışlarına ev sahibliyi edəcək ölkə seçilib.

Naxçıvan televiziyası Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu turnirə ev sahibliyi etmək hüququ uğrunda Qazaxıstan, Peru və Çili mübarizə aparıb.

Yarışlarda iştirakçılar fiziki və rəqəmsal formatları birləşdirən idman növləri üzrə medallar uğrunda mübarizə aparacaqlar.

“Gələcəyin Oyunları”nın Qazaxıstanda keçirilməsi təşəbbüsü 2024-cü ildə Kazanda keçirilən ilk oyunların açılış mərasimində Prezident Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.

Növbəti turnir 2025-ci ildə BƏƏ-də, 2026-cı ildə isə Astanada keçiriləcək.

Bundan əvvəl “Figital İnternational”ın nümayəndələri şəhərin turnirə ev sahibliyi etməyə hazırlığını qiymətləndirmək üçün Astanaya səfər ediblər. Qazaxıstan Elektron İdman Federasiyası artıq “Gələcəyin Oyunları”na hazırlıq işlərinə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM