satellite   Azerspace-1: 11135 H 30000

İsrail Ordusu: Qəzzada HƏMAS-ın HHQ-nin komandiri öldürülüb

İsrail Ordusu: Qəzzada HƏMAS-ın HHQ-nin komandiri öldürülüb

İsrailin Müdafiə Ordusu sentyabrda Qəzza zolağına endirdiyi hava zərbələri zamanı HƏMAS hərəkatının Hərbi Hava Qüvvələrinin komandiri Samir Əbu Dakkanın öldürüldüyünü açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

“Əbu Dakka HƏMAS-ın Hərbi Hava Qüvvələrinin 2023-cü ilin oktyabrında öldürülmüş əvvəlki rəhbərini əvəz edib”, - məlumatda deyilir.

Ordunun məlumatına görə, Əbu Dakka pilotsuz təyyarələrin İsrail ərazisinə buraxılmasına cavabdeh idi və HƏMAS-ın hava qüvvələrinin yaradılmasında mərkəzi rol oynayan fiqurlardan olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM