satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Baş nazirinin İsveçrəyə səfəri ləğv edilib

Ukrayna Baş nazirinin İsveçrəyə səfəri ləğv edilib

Ukraynanın Baş naziri Denis Şmıqalın İsveçrəyə rəsmi səfəri fors-major səbəblərə görə ləğv edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Keystone-ATS” xəbər agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

İsveçrə XİN səfərin ləğvinin təfərrüatını açıqlamayıb.

Ehtimal edilirdi ki, Şmıqal oktyabrın 16-da İsveçrəyə səfər edəcək, daha sonra isə oktyabrın 17-18-də Lozannada iki ölkənin birgə təşkil etdiyi minalardan təmizləmə ilə bağlı beynəlxalq konfransda iştirak edəcək. Denis Şmıqalın İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherdlə birgə mətbuat konfransında çıxışı da gözlənilirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM