Apollo heykəli bərpa edilərək Vatikan Muzeylərinə qaytarılıb

Apollo heykəli bərpa edilərək Vatikan Muzeylərinə qaytarılıb

Qədim heykəltəraşlıqda şah əsər sayılan Apollo Belvedere heykəli bərpa edilərək Vatikan Muzeylərinə geri qaytarılıb.

NUHÇIXAN xəbər verir ki, klassik gözəlliyin simvolu olan mərmər heykəl 2019-cu ildən aparılan təmir-bərpa işlərindən sonra ictimaiyyətə təqdim edilib.

Vatikan Muzeylərinin direktoru Barbara Jatta bərpa işlərinin ən müasir texnologiyalar və ciddi tədqiqatlar əsasında aparıldığını bildirib. Layihə təxminən 150 min avroya başa gəlib.

Eramızdan əvvəl II əsrin ikinci yarısına aid olan heykəl 1489-cu ildə Romadan təxminən 51 kilometr cənubdakı Anzio bölgəsində aşkarlanıb. Heykəl dünya incəsənətinin ali şah əsərlərindən biri olmaqla yanaşı, estetik kamilliyin mütləq modeli hesab edilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM