satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan Hindistandan “Pralay” raketləri almağı planlaşdırır

Ermənistan Hindistandan “Pralay” raketləri almağı planlaşdırır

Ermənistan Hindistandan “Pralay” raketləri almağı planlaşdırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə KİV Hindistanın "Alpha Defence" portalına istinadən məlumat yayıb.

Məlumata görə, “Pralay” taktiki ballistik raketləri düşmənin raket əleyhinə müdafiə sistemlərindən yan keçmək üçün manevr edə bilir.

“Pralay” raketi 150-500 km uçuş məsafəsinə malikdir və mobil buraxılış qurğusundan buraxıla bilər.

“Pralay” raketlərinin seriyalı istehsalına 2023-cü ildə başlanılıb. Hazırda Hindistan onları ilk növbədə Çinlə sərhəddə yerləşdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM