satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində silah paketi ayırıb

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində silah paketi ayırıb

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya ümumi məbləği 425 milyon dollar olan yeni silah paketinin ayrılmasını elan edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ liderinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinin nəticələrinə dair Ağ evin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.

“Bu gün Prezident Ukraynaya 425 milyon dollar məbləğində hərbi yardım paketinin verilməsini elan edib. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yer-hava sinifli döyüş sursatları, zirehli texnika və Ukraynanın təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün zəruri olan kritik əhəmiyyətli döyüş sursatları daxildir”, – Ağ evdən bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM