satellite   Azerspace-1: 11135 H 30000

Zəlzələ Türkiyənin iki vilayətində 550-dən çox binaya ziyan vurub

Zəlzələ Türkiyənin iki vilayətində 550-dən çox binaya ziyan vurub

Oktyabrın 16-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölkənin Malatya və Elazığ vilayətlərində ümumilikdə 555 bina ziyan görüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Murat Kurum bildirib.

O qeyd edib ki, Elazığda 20 binaya dəymiş ziyan ağır, 517 binaya dəymiş ziyan isə yüngül qiymətləndirilir.

Həmçinin Malatyada 18 binaya yüngün ziyan dəyib.

Qeyd edək ki, dünən Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub. Təbii fəlakət nəticəsində 100-ə yaxın insan xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM