satellite   Azerspace-1: 11135 H 30000

İsrail İrana ABŞ-ın nəzarətində olan İraq ərazisindən zərbələr endirib

İsrail İrana ABŞ-ın nəzarətində olan İraq ərazisindən zərbələr endirib

İsrail İrana zərbələr endirmək üçün ABŞ ordusunun nəzarəti altında olan İraq ərazisindən istifadə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail “hava-yer” raketlərindən istifadə edərək İlam, Xuzistan və Tehran ostanlarında İranın stasionar radiolokasiya stansiyaslarını vurmağa cəhd edib.

Qeyd edək ki, İraqda 2,5 minə yaxın Amerika əsgəri var. ABŞ-ın rəhbərlik etdiyi koalisiya 2014-cü ildə ilk növbədə İŞİD terrorçularına qarşı mübarizə məqsədilə yaradılıb. Eyni zamanda Vaşinqton 900-ə yaxın amerikalı hərbçinin olduğu Suriyadakı hərbi kontingenti dəstəkləmək üçün İraqda mövcudluğunu saxlamağa çalışır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM