satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: Moskva Gürcüstanla təmaslar üzrə təklifləri nəzərdən keçirməyə hazırdır

Lavrov: Moskva Gürcüstanla təmaslar üzrə təklifləri nəzərdən keçirməyə hazırdır

İsveçrənin Gürcüstandakı səfirliyində Rusiyanın maraqları bölməsi var. Gürcüstanda işləyən Rusiya diplomatları bu ölkədə baş verənlər barədə məruzə edir və yüksələn xətlə inkişaf edən münasibətlərin, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafına köməklik göstərirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Küveytin xarici işlər naziri Abdulla əl-Yəhya ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, Moskva heç vaxt Gürcüstan tərəfi ilə təmaslardan imtina etməyib.

“Gürcüstanlı qonşularımız tərəfindən təmaslarla bağlı əlavə təkliflər olarsa, əlbəttə ki, onları nəzərdən keçirəcəyik. Biz heç vaxt təmaslardan çəkinməmişik”, - deyə S.Lavrov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM