satellite   Azerspace-1: 11135 H 30000

İstanbul hava limanında sərnişinin yükündən 17 timsah çıxıb

İstanbul hava limanında sərnişinin yükündən 17 timsah çıxıb

İstanbulun Sabiha Gökçen hava limanında gömrükçülər Türkiyəyə qanunsuz timsah və kərtənkələlər keçirməyə cəhd edən sərnişini saxlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Misirdən gələn sərnişinin baqajına baxış zamanı 17 baş Nil timsahı və 10 ədəd Nil monitor kərtənkələsi (ən böyük kərtənkələlərdən biri) aşkar edilib.

Saxlanılan şəxsin heyvanların ölkəyə gətirilməsinə icazə verən heç bir sənədi olmayıb. Onun sözlərinə görə, onları Suriya ilə həmsərhəd Hatay vilayətinə aparırmış.

“Canlı heyvanlar nazirliyin nümayəndələri tərəfindən mühafizəyə götürülüb”, - deyə nazirlikdən bildirilib. Qaçaqmalçıya qarşı hansı tədbirlərin görüldüyü və hadisənin nə vaxt baş verdiyi açıqlanmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM