satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan Türkiyə ilə sərhədinə əlavə qüvvələr göndərir

Yunanıstan Türkiyə ilə sərhədinə əlavə qüvvələr göndərir

Yunanıstan-Türkiyə quru sərhədində yerləşən Evros bölgəsində tikilən təhlükəsizlik çəpəri qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısının alınmasında 100% effektivdir və bu bölgədə sərhədə əlavə 150 ​​sərhədçi göndərilərək onların sayı 600-ə çatdırılacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Evros bölgəsinə səfəri zamanı bildirib.

“Bu, milli və Avropa sərhədlərinin qorunması baxımından 100% effektivdir. Odur ki, son iki il ərzində artıq işə götürülən 450 sərhədçiyə ikinci müdafiə xəttini dəstəkləmək üçün daha 150 sərhədçi əlavə olunacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, Yunanıstan hakimiyyəti sərhəd hasarını 2020-ci ildən tikməyə başlayıb. Hasarın Türkiyədən gələn on minlərlə qeyri-qanuni miqrantın ölkəyə daxil olmasının qarşısını aldığı üçün Evros çayının bütün uzunluğu boyunca (təxminən 200 km) maneə hasarının tikilməsi barədə qərar qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM