satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon rəhbəri Kiyevin Kursk vilayətində fəaliyyət planından xəbərdar olub

Pentaqon rəhbəri Kiyevin Kursk vilayətində fəaliyyət planından xəbərdar olub

Kiyev Ukrayna hərbçilərinin Kursk vilayətində fəaliyyət planı barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostini şəxsən məlumatlandırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqh jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Nazir Ukraynada olarkən onların Kursk vilayəti ilə bağlı planları ilə şəxsən tanış olmaq imkanı əldə edib”, - deyə o qeyd edib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu avqustun 6-da başlayıb. Bölgədə fövqəladə vəziyyət rejimi qüvvədədir. Sərhəd rayonlarının sakinləri təhlükəsiz ərazilərə köçürülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM