satellite   Azerspace-1: 11135 H 30000

Ursula Fon der Lyayen: Avropa öz azadlığı uğrunda mübarizə aparmalıdır

Ursula Fon der Lyayen: Avropa öz azadlığı uğrunda mübarizə aparmalıdır

Qeyri-sabit dünyada Avropa öz gələcəyini formalaşdırmaq üçün azadlığı uğrunda mübarizə aparmalıdır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində (AP) çıxışı zamanı deyib.

"Biz öz rifahımıza və təhlükəsizliyimizə sərmayə qoymalıyıq. Həmçinin birliyimizə və dəyərlərimizə sadiq qalmalıyıq. Komandam və mən hər gün bunun üçün çalışırıq və çalışacağıq", - o qeyd edib.

AK Prezidenti yaşıl dünya üçün atılmalı olan addımlara da toxunub:

"Yaşıl, rəqəmsal və sosial keçid üçün lazım olan maliyyələşdirmənin qıfılını açmaq lazımdır. Komandadakı hər kəs innovasiya, karbonsuzlaşdırma və təhlükəsizliyə öz töhfəsini verəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM