satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün lazım olan səfərbər edilmiş şəxslərin sayını açıqlayıb

Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün lazım olan səfərbər edilmiş şəxslərin sayını açıqlayıb

Ukraynanın əks-hücum imkanına malik olmaq üçün ən azı 1,8 milyon nəfəri səfərbər etməsi lazımdır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçisi Yevgeni İyevlev “Kiyev 24” telekanalının efirində açıqlayıb.

Hərbçinin sözlərinə görə, hazırda Ukrayna ordusunun döyüş bölmələri tükənib.

Xatırladaq ki, bir gün əvvəl USQ-nin baş komandanı Oleksandr Sırski təfərrüatları açıqlamadan cəbhədə yeni əks-hücumun olacağının anonsunu vermişdi.

Ölkədə hərbi vəziyyət 2022-ci ilin fevralından qüvvədədir. O zaman Ukrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalamışdı. Daha sonra Ali Rada onun müddətini dəfələrlə uzadıb. 18-60 yaş arası kişilərin əksəriyyətinin ölkəni tərk etməsi qadağandır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM