satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan aviaşirkəti Astanadan Yekaterinburqa uçuşları dayandırıb

Qazaxıstan aviaşirkəti Astanadan Yekaterinburqa uçuşları dayandırıb

“QAZAQ AIR” aviaşirkəti 2024-cü il dekabrın 28-dən 2025-ci il yanvarın 27-dək Astana-Yekaterinburq marşrutu üzrə aviareysləri müvəqqəti olaraq dayandırıb.

Naxçıvan televiziyası Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

"Aviareyslər sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək üçün Rusiyaya uçuşların risk qiymətləndirməsinin nəticələrinə əsasən dayandırılıb. Aviaşirkət hazırda “QAZAQ AIR”in risk qiymətləndirmə meyarlarına uyğun gələn Omsk və Novosibirskə uçuşları davam etdirəcək. Yekaterinburqa aviareyslər təkrar risk qiymətləndirməsinin nəticələrinə əsasən bərpa ediləcək", - şirkətdən bildirilib.

Ləğv edilmiş reyslərin sərnişinlərinə aviabiletlərin dəyəri tam geri qaytarılacaq və aviaşirkətin alternativ aviareyslərində pulsuz yenidən bronlaşdırma təklif olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM