Qazaxıstanda AES tikintisinə 10 minə yaxın işçi cəlb olunacaq

Qazaxıstanda AES tikintisinə 10 minə yaxın işçi cəlb olunacaq

Qazaxıstanda 2032-ci ildə atom elektrik stansiyasının (AES) tikintisi üçün 10 minə yaxın iş yeri yaradılacaq.

NUHÇIXAN xəbər verir ki, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bu barədə hökumətin iclasında deyib.

“Atom elektrik stansiyasının tikinti layihəsi çərçivəsində 2030-cu ilədək 5 minə yaxın insan, tikintinin pik həddə çatacağı 2032-ci ildə isə 10 min nəfər işlə təmin olunacaq. İstismar mərhələsində AES-də ən azı 2 min nəfər işləyəcək”, - deyə Almasadam Satkaliyev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan kolleclərinin bazasında müvafiq ixtisaslar yaradılacaq və onlar atom elektrik stansiyaları üçün kadrlar hazırlamağa başlayacaqlar.

Qeyd edək ki, 2024-cü il oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı keçirilən referendumda seçicilərin 71,12 faizi bu ideyanı dəstəkləyib.

Atom elektrik stansiyasının tikintisi üçün Alma-Ata vilayətində Balxaş gölünün yaxınlığındakı ərazi seçilib. Qazaxıstanın hakimiyyət orqanları nüvə texnologiyalarının mümkün təchizatçısı kimi Çinin “CNNC”, Cənubi Koreyanın “KHNP”, Fransanın “EDF” və Rusiyanın “Rosatom” kompaniyalarını nəzərdən keçirir. Hökumət, eyni zamanda, layihəni reallaşdırmaq üçün beynəlxalq konsorsiumun yaradılması imkanlarını araşdırır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM