satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın Aİ-yə daxil olması prosesi ilə bağlı qanun layihəsi təsdiqlənib

Ermənistanın Aİ-yə daxil olması prosesi ilə bağlı qanun layihəsi təsdiqlənib

Ermənistan hökuməti “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinə başlamaq haqqında” qanun layihəsini təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, bununla bağlı xarici işlər naziri Ararat Mirzoyan hökumətin bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Avropa Parlamentində bəyan edib ki, Ermənistan Avropa İttifaqının mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxınlaşmağa hazırdır.

“Biz bunun mümkün olduğuna dair əlamətləri də gördük. Mən vizanın liberallaşdırılması prosesinin və Avropa İttifaqı ilə istifadə olunan və ya müzakirə olunan bir sıra digər alətlərin başlanğıcını nəzərdə tuturam”, - deyə Mirzoyan bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM