satellite   Azerspace-1: 11135 H 30000

Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır

Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır

Ermənistanın Avropa İttifaqına daxil olması onun suveren hüququdur, lakin iki müxtəlif təşkilatın üzvü olmaq mümkün deyil.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləməsinə münasibət bildirərkən deyib.

"Bu Aİ-yə üzvlük nə deməkdir? Bunu indidən söyləmək çətindir, çünki əlbəttə ki, iki fərqli təşkilatın üzvü olmaq, hipotetik desək, mümkün deyil. Əlbəttə, bu, Ermənistanın suveren hüququdur. Biz bilirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlük faydalıdır", deyə Kremlin rəsmi nümayəndəsi Moskvanın mövqeyini açıqlayıb.

Qeyd edək ki, Ermənistan hökuməti bu gün ölkənin Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM