satellite   Azerspace-1: 11135 H 30000

Fransalıların böyük əksəriyyəti yeni hökumətdən narazıdır

Fransalıların böyük əksəriyyəti yeni hökumətdən narazıdır

Fransa əhalisinin demək olar ki, 70 faizi Fransua Bayrunun rəhbərlik etdiyi yeni hökumətdən narazıdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumat Elabe kompaniyasının BFMTV telekanalı üçün keçirdiyi sosioloji rəy sorğusunun nəticələrində öz əksini tapıb.

Məlumata görə, Fransua Bayrunun ümumi siyasi bəyannaməsinə bir həftədən az vaxt qalıb və fransalıların 68 faizi hökumətin tərkibindən narazılığını ifadə edib. Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 64 faizi Baş nazirin ilk atdığı addımları bəyənməyib, 60 faizi isə əsas vəzifə olaraq sağlamlıq böhranının, əsasən də təcili yardım xidmətindəki problemlərin həllinin prioritet təşkil etməli olduğunu bildirib. Eyni zamanda, fransalıların 46 faizi hələ də təsdiqlənməyən 2025-ci il büdcəsinin qəbulunu vacib sayır, 42 faizi isə hökumətin fermerlərə dəstəyin olmaması ilə bağlı etiraz edənlərin tələblərinə cavab verməsini istəyir.

Qeyd edək ki, Fransua Bayru yanvarın 14-də parlamentdə əsas siyasət vektorlarını açıqlamalıdır. Solçu müxaliflər Baş nazirin siyasi bəyannaməsindən sonra ənənəvi etimad səsverməsinin keçirilməyəcəyi təqdirdə, ona qarşı impiçment prosesinə başlayacaqlarını bildiriblər. Prezident Emmanuel Makronun hökumət başçılarının heç biri indiyədək Fransanın bu siyasi ənənəsinə əməl etməyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM