satellite   Azerspace-1: 11135 H 30000

İsrail Müdafiə Qüvvələri HƏMAS briqadasının dörd səhra komandirinin məhv edildiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri HƏMAS briqadasının dörd səhra komandirinin məhv edildiyini açıqlayıb

İsrail hərbi qüvvələri Fələstinin HƏMAS hərəkatının Qəzza şəhər briqadasının dörd səhra komandirini hava zərbələri ilə məhv edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri HƏMAS terror təşkilatının Qəzza şəhər briqadasının “Sabra” taborunun komandiri Usama Əbu Namosu məhv edib. Əlavə hava zərbəsi nəticəsində “Sabra” taborunun komandir müavini Mahmud əl-Tark məhv edilib. Bundan əlavə, HƏMAS hərəkatının “Sabra” taborunun “Nuxba” xüsusi təyinatlı rotasının iki komandiri Mahmud Şahin və Həmada Diri məhv edilib”, – açıqlamada qeyd olunub.

Hərbi idarə bildirib ki, İMQ HƏMAS terrorçularına qarşı əməliyyatlarını davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM