satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: Türkiyə özünə qarşı bütün təhdidləri yox etmək gücünə malikdir

Hakan Fidan: Türkiyə özünə qarşı bütün təhdidləri yox etmək gücünə malikdir

Türkiyə özünə qarşı bütün təhdidləri yox etmək gücünə malikdir.

Naxçıvan televiziyası xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə danışıb.

Onun sözlərinə görə, Suriyanın terrordan tamamilə təmizlənməsi Türkiyənin 2025-ci ildə əsas hədəflərindəndir.

“Məlumdur ki, Suriya xalqı ölkənin yenidən qurulmasında ciddi sınaqlarla üz-üzədir. Türkiyə cərəyan edən son proseslərdə də Suriyanın yanındadır. Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur və gizli vəzifələrinin olması müzakirə mövzusu deyil”, - H.Fidan əlavə edib.

H.Fidan brifinqdə region ölkələrinə çağırış edib.

“Türkiyənin bölgə ölkələrindən gözləntisi basqı və xalqı yoxsulluğa aparma strategiyasından əl çəkməkdir”, - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM