satellite   Azerspace-1: 11135 H 30000

Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki missiyasının müddətinin 2 il uzadılması təklif olunur

Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki missiyasının müddətinin 2 il uzadılması təklif olunur

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistandakı müşahidəsi missiyasının qalma müddətinin daha iki il uzadılmasını təklif edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti Ali Nümayəndənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Üzv dövlətlərin bu təklifi alqışladığı və hazırda Aİ Şurasının müvafiq qurumları ilə lazımi hüquqi aktların müzakirə edildiyi” vurğulanıb.

O da qeyd edilib ki, “Şuranın Aİ müşahidə missiyasının mandatının uzadılmasına dair qərarı yaxın günlərdə gözlənilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM