satellite   Azerspace-1: 11135 H 30000

Kaliforniyada yanğınsöndürən təyyarə PUA ilə toqquşub

Kaliforniyada yanğınsöndürən təyyarə PUA ilə toqquşub

Kaliforniyada yanğınsöndürən təyyarə yanğınla mübarizə apararkən pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub, lakin yerə enə bilib. Hadisə nəticəsində Los-Anceles ərazisində uçuşlar məhdudlaşdırılıb.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) məlumat yayıb.

"Los-Anceles dairəsinin Paliseyds rayonunda yanğınsöndürən təyyarə yanğını söndürərkən dronla toqquşub. FAA Los-Ancelesdə bir neçə müvəqqəti uçuş məhdudiyyəti tətbiq edib", - məlumatda bildirilib.

Məlumata görə, hadisə Kaliforniya yanğınsöndürənlərində cəmi iki ədəd olan “Canadair CL-415 Super Scooper” təyyarələrindən biri ilə baş verib. Toqquşma nəticəsində təyyarə sıradan çıxıb.

Bununla əlaqədar araşdırma başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
61 İLLİK SƏADƏT - VİDEO

18:36 13.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM