satellite   Azerspace-1: 11135 H 30000

Ursula fon der Lyayen Trampın andiçmə mərasimində iştirak etməyəcək

Ursula fon der Lyayen Trampın andiçmə mərasimində iştirak etməyəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen dəvət almadığı üçün yeni seçilmiş ABŞ Prezidenti Donald Trampın andiçmə mərasiminə getməyəcək.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə AK-nın nümayəndəsi Paula Pinyu Brüsseldə keçirilən brifinqdə bildirib.

"Sədr fon der Lyayenin Trampın andiçmə mərasimində iştirak etməklə bağlı planları yoxdur", - o qeyd edib.

O, Avropa Komissiyasının andiçmə mərasiminə dəvət alıb-almadığı barədə dəqiqləşdirici suala belə cavab verib: "Əgər dəvət olarsa, baxarıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM