satellite   Azerspace-1: 11135 H 30000

İranın 23 əyalətində enerji qıtlığına görə müəssisələr bağlanıb

İranın 23 əyalətində enerji qıtlığına görə müəssisələr bağlanıb

İranın 23 əyalətində havanın çirkli olması və enerjiyə qənaət edilməsi səbəbindən dövlət və özəl müəssisələrin fəaliyyəti müvəqqəti dayandırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, İranda ancaq tibb müəssisələri fəaliyyət göstərəcək.

Bildirilib ki, Tehrandakı bir sıra universitetlərdə, o cümlədən Şərif, Əllamə Tabatabi, Əl-Zəhra, Tərbiət Müdərris, Aləm və Fərxanq, Peyam Nurda planlaşdırılan semestrin birinci imtahanı təxirə salınıb.

Qeyd edək ki, İranda 31 əyalət var. Son aylarda bölgələrdə yanacaq və elektrik enerjisi çatışmazlığı yaşanır. Mütəxəssislərin fikrincə, Tehran hakimiyyəti bu sahədə yaranan qıtlığı aradan qaldırmaq məqsədi ilə havanın çirklənməsini əsas göstərərək müəssisələri müvəqqəti olaraq bağlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM