satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: Tramp və Panama rəhbərliyi müzakirələrdə Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət etməlidir

Rusiya XİN: Tramp və Panama rəhbərliyi müzakirələrdə Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət etməlidir

Rusiya Tramp və Panama rəhbərliyinin müzakirələr zamanı Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmətlə yanaşcağını gözləyir.Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya Panama kanalının beynəlxalq hüquqi rejiminin 1977-ci il ABŞ-Panama müqaviləsində aydın şəkildə müəyyən edilməsindən çıxış edir.

"Tramp və Panama rəhbərliyi müzakirələrdə Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət etməlidir" deyə rusiyalı nazir müavini vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin yeni prezidenti Donald Tramp Panama kanalının Amerikanın nəzarətinə keçməli olduğunu bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM