satellite   Azerspace-1: 11135 H 30000

Britaniyada ABŞ-nin ardınca ÜST-dən çıxmağa çağırış edilib

Britaniyada ABŞ-nin ardınca ÜST-dən çıxmağa çağırış edilib

"İrs" partiyasının lideri Devid Kerten Böyük Britaniya hökumətini ABŞ-nin ardınca Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağa çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Prezident Donald Tramp ABŞ-nin ÜST-dən çıxması barədə fərman imzalayıb. Ölkəmiz də eyni addımı atmalıdır", - D.Kerten bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb.

Daha əvvəl “Financial Times” qəzeti yazıb ki, ABŞ ÜST-dən çıxdığı təqdirdə, təşkilat maliyyələşmənin böyük hissəsini itirə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM