satellite   Azerspace-1: 11135 H 30000

Simonyan: Ermənistan və Azərbaycan arasında sülh prosesi müsbət məcrada inkişaf edir

Simonyan: Ermənistan və Azərbaycan arasında sülh prosesi müsbət məcrada inkişaf edir

Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin bir çox bəndləri üzrə razılığa gələ bilib, danışıqlarda müsbət dinamika müşahidə olunur.

Naxçıvan televiziyası erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Bakı və İrəvan arasında sülh sazişinin qalan iki maddəsi üzrə müzakirələr davam etdiriləcək. Azərbaycanda da müzakirə edilməli iki bəndin qaldığını bəyan etmələrini çox müsbət hesab edirəm", - o qeyd edib.

Simonyan bildirib ki, hazırda İrəvanda Azərbaycan tərəfinin qarşılıqlı məhkəmə iddialarının geri çəkilməsi ilə bağlı irəli sürdüyü təklif müzakirə olunur.

"Biz sülh sazişinin 10-dan çox bəndi üzrə razılığa gələ bildik. Fikrimcə, bu, hər iki tərəfin böyük qələbəsidir. Bizim iki dövlət (delimitasiya komissiyaları) arasında imzalanmış ilk hüquqi sənədimiz, delimitasiya olunmuş sərhədimiz və bu sərhəd prosesini davam etdirmək üçün məntiqimiz var. Proses müsbət xarakter daşıyır", - o bildirib.

Qeyd edək ki, Bakı və İrəvan sülh sazişi layihəsinin 17 maddəsindən 15-ni razılaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM