satellite   Azerspace-1: 11135 H 30000

Spiker: Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır

Spiker: Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır, çünki bu təşkilatda iştirak iqtisadi faydalar gətirir.

Naxçıvan televiziyası Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan deyib.

"Aİİ Ermənistan üçün iqtisadi baxımdan faydalı strukturdur. Təşkilatdan çıxmaq üçün hər hansı planımız yoxdur, biz iştirakı davam etdirmək niyyətindəyik", - o qeyd edib.

A.Simonyan vurğulayıb ki, Ermənistan hakimiyyətinin Avropa İttifaqına daxil olma prosesini başlatmaq qərarı Rusiyada narahatlıq yaratmamalıdır. Onun sözlərinə görə, Ermənistan və Rusiya yaranan bütün məsələləri müzakirə edib həll yolu tapa bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM