satellite   Azerspace-1: 11135 H 30000

Roberta Metsola Bolu şəhərində baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib

Roberta Metsola Bolu şəhərində baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib

Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsola Bolu şəhərində baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

"Düşüncələrimiz həlak olanların yaxınlarının yanındadır. İnsanların həyatını xilas etmək üçün əllərindən gələni edən cəsur xilasedicilərə minnətdaram. Yaralılara tezliklə şəfa diləyirəm", - R.Metsola vurğulayıb.

Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM