satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə xizək mərkəzindəki yanğında 76 nəfər ölüb

Türkiyədə xizək mərkəzindəki yanğında 76 nəfər ölüb

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb:

“Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.

Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM