Türkiyədə güclü zəlzələ baş verib

Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin Egey dənizi sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 23:38-də (Bakı vaxtı ilə 00:38) Türkiyənin Çanaqqala vilayətinin Ayvacık şəhərindən 20 km cənub-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə bildirilib ki, 5,2 ballıq zəlzələ yerli vaxtla saat 23:38-də, Ayvacık rayonundan 6,62 kilometr aralıqda qeydə alınıb. Yeraltı təkanlar Çanaqqala ilə yanaşı ətraf vilayətlərdə də hiss edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM