satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu 15 ayda 20 min “HƏMAS” yaraqlısını məhv edib

İsrail ordusu 15 ayda 20 min “HƏMAS” yaraqlısını məhv edib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında təxminən 15 ay davam edən hərbi əməliyyatlar zamanı Fələstinin “HƏMAS” hərəkatından 20 minə yaxın silahlı radikalı məhv edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi bildirib.

Onun sözlərinə görə, İsrail ordusu həmçinin “Hizbullah” hərəkatının təxminən 4 min radikalını, o cümlədən lideri Həsən Nəsrullahı da məhv edib.

“İordan çayının qərb sahilində bir il yarıma yaxın anti-terror reydləri zamanı İsrail əsgərləri 794 silahlı fələstinli radikalı öldürüb”.

Qeyd edək ki, general-leytenant Herzi Halevi martın 6-da vəzifəsini tərk edəcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM