ABŞ BMT-də səsvermə hüququnu itirə bilər

ABŞ BMT-də səsvermə hüququnu itirə bilər

“ABŞ-nin BMT-yə borcu 2,8 milyard dollardır. Bunlardan 1,5 milyard dolları dünya təşkilatının əsas büdcəsinə olan borcdur”.

NUHÇIXAN-ın məlumatına görə, bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq deyib.

Hak xatırladıb ki, dünya təşkilatının təsdiq edilmiş qaydalarına əsasən, əgər ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.

O əlavə edib ki, pandemiyalarla mübarizədə beynəlxalq əməkdaşlıq vacib olduğu üçün ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması narahatıq doğurur.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM