ABŞ-də fırtına nəticəsində ən azı 10 nəfər ölüb

ABŞ-də fırtına nəticəsində ən azı 10 nəfər ölüb

ABŞ-nin cənubunu bürüyən qar fırtınası nəticəsində ən azı 10 nəfər ölüb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Fırtına avtomobil yollarının bağlanmasına, aviareyslərin ləğvinə, məktəblərin və dövlət müəssisələrinin bağlanmasına səbəb olub.

Məlumata görə, Luiziana, Alabama və Florida ştatlarında rekord miqdarda qar yağıb.

Milli Meteorologiya Xidməti ölkənin cənubunda temperaturun kəskin enəcəyi barədə xəbərdarlıq edib. "Arktik hava kütlələri Meksika körfəzi sahillərində və cənub-şərqdə temperaturun gecə saatlarında aşağı düşməsinə səbəb olacaq. Soyuq hava şəraiti nəticəsində elektrik təchizatında fasilələr daha da çoxalacaq", - məlumatda qeyd olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM