TDT-nin katiblik binasında bayraqlar yarıya qədər endirilib

TDT-nin katiblik binasında bayraqlar yarıya qədər endirilib

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) katiblik binasının qarşısındakı bayraqlar yarıya qədər endirilib.

NUHÇIXAN-ın məlumatına görə, barədə jurnalistlərə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Bolu vilayətində baş vermiş fəlakətli yanğından sonra elan olunmuş milli matəmlə əlaqədar bu gün - 22 yanvar 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının katibliyinin binasında bayraqlar yarıya qədər endirilib.

Məlumatda qeyd olunub ki, bu faciəvi hadisə TDT-yə üzv dövlətləri dərindən kədərləndirib:

“Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirir və bu çətin anlarda onların ağrılarını ürəkdən paylaşırıq. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, bu faciədən əziyyət çəkən hər kəsə səbr və güc diləyirik”.

Qeyd edək ki, ötən gün Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında 76 nəfər ölüb. Yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.

Xəbər lenti
Bəhruz Kəngərli dünyası

15:39 22.01.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM