satellite   Azerspace-1: 11135 H 30000

Çində insanabənzər robotların təlimi üçün baza yaradılıb

Çində insanabənzər robotların təlimi üçün baza yaradılıb

Çinin Şanxay şəhərində insanabənzər robotların təlimi üçün baza açılıb.

Naxçıvan televiziyası “YiCai Global” portalına istinadən yazır ki, bu, ölkədə ilk belə bazadır.

"Mərkəzdə robotlar müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün təlim keçəcək və əldə edilən məlumatlar onların intellekt səviyyəsinin daha da optimallaşdırılması üçün tərtibatçılara ötürüləcək", - materialda qeyd olunur.

Bildirilir ki, ilkin mərhələdə mərkəzdə 100 humanoid yerləşdiriləcək. Onlar 10-dan çox ssenari üzrə istifadə üçün təlim keçəcəklər. Əldə edilən məlumatlar süni intellekt modellərinin hazırlanması ilə məşğul olan şirkətlərə ötürüləcək ki, bu da sahənin inkişafına kömək etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM